Casa D’Arte FAQs

Tez-tez verilən suallar

Bütün kolleksiyalarımız 100% İtaliya istehsalıdır. Biz yalnız İtaliyanın sənətkarlıq ənənələrinə sadiq qalan və yüksək keyfiyyət standartları ilə tanınan dünya şöhrətli fabrikləri ilə əməkdaşlıq edirik.

Şourumumuzda dərhal əldə edə biləcəyiniz geniş çeşiddə eksklüziv məhsullarımız mövcuddur. Eyni zamanda, kataloqlar üzərindən fərdi ölçü, material və rəng seçimləri ilə xüsusi sifarişlər qəbul edirik.

Bəli, peşəkar dizaynerlərimiz seçdiyiniz mebellərin evinizin ölçülərinə və ümumi üslubuna uyğunlaşdırılması üçün konsultasiya və layihələndirmə xidməti təqdim edirlər.

Bəli, satdığımız hər bir mebel və aksesuar istehsalçı fabrikin rəsmi zəmanəti ilə təmin olunur. Biz müştərilərimizə uzunmüddətli keyfiyyət və dayanıqlılıq vəd edirik.

Bakı daxilində çatdırılma və peşəkar ustalarımız tərəfindən mebellərin quraşdırılması tamamilə pulsuz həyata keçirilir.

Bəli, xüsusilə mətbəx, qarderob və quraşdırılmış kitab rəfləri kimi sahələr üçün İtaliya fabriklərinə sizin məkanın dəqiq ölçüləri əsasında fərdi sifarişlər göndərə bilirik.

Hər bir məhsulun özünəməxsus pasportu və İtaliyadakı istehsalçı fabrik tərəfindən verilən orijinallıq sertifikatı (Certificate of Authenticity) olur.

Bəli, Casa d’Arteni-də mebellə yanaşı, interyerinizi tamamlayacaq Murano şüşəsindən lüstrlar, dekorativ vazalar, tekstil və digər lüks aksesuarlar təqdim olunur.

Biz müştərilərimizə müxtəlif ödəniş üsulları (nağd, kart və ya köçürmə) təklif edirik. Xüsusi korporativ razılaşmalarımız çərçivəsində hissəli ödəniş imkanları haqqında satış menecerlərimizdən ətraflı məlumat ala bilərsiniz.

Şourumumuz həftənin hər günü saat 10:00-dan 20:00-dək sizin xidmətinizdədir. Sizin üçün daha rahat olması üçün öncədən görüş təyin etməyiniz tövsiyə olunur.

İtaliyadakı fabrikdə istehsal müddəti və logistika daxil olmaqla, fərdi sifarişlər adətən 60-90 gün ərzində çatdırılır. Stokda olan məhsullar isə 24 saat ərzində ünvanınızda olur.

Lüks seqment mebellər bir çox fərqli modifikasiyaya (material seçimi, ölçü, parça növü) malik olduğu üçün qiymətlər fərdi hesablanır. Ən dəqiq məlumatı şouruma yaxınlaşaraq və ya bizə sorğu göndərərək ala bilərsiniz.

Bəli, iri həcmli layihələr üçün xüsusi “Contract” bölməmiz fəaliyyət göstərir. Casa D’Arte olaraq otel və ya ofis layihələrinin tam təchizatı üçün xüsusi qiymət paketləri təklif edirik.