Euroluce - Mənzilinizdə İtalya İşığı

Euroluce brendinin unikal kolleksiyalarını indi Casa D’Arte şourumu təqdim edir. Euroluce-nin əsas fəlsəfəsi işığı sadəcə texniki ehtiyac deyil, məkanın ruhunu dəyişən bir dizayn elementi kimi görməkdir. Brendin məhsulları həm sönülü halda dekorativ heykəl funksiyasını yerinə yetirir, həm də yandığı zaman məkanın həcmini və rənglərini tamamilə fərqli perspektivdən təqdim edir.

Euroluce məhsulları dünya miqyasında tanınmış beşulduzlu otellərin (məsələn, Marriott və Hilton şəbəkələrinin bəzi rezidensiyaları) və dövlət əhəmiyyətli sarayların interyerini bəzəyir. Bu, brendin həm dözümlülük, həm də lüks statusunun təsdiqidir. Bakıda, Ağ Şəhərdə-də yerləşən Casa D’Arte şourumunda bu zərifliyi canlı sınaqdan keçirə və layihələriniz üçün fərdi işıqlandırma həlləri seçə bilərsiniz.

Aşağıdakı Euroluce kataloqlarında brendin vizual dilini əks etdirən seçilmiş modelləri görə bilərsiniz. Hər bir kataloq brendin dizayn gücünü və funksionallığını nümayiş etdirir.

Kataloqlara baxmaq üçün zəhmət olmasa formu doldurun