Porada – Premium İtalyan Mebel Dizaynı

Casa D’Arte olaraq biz, təbii ağacın estetik imkanlarını maksimal dərəcədə önə çıxaran və italyan mebel dizaynını təmsil edən Porada brendinin Bakıda rəsmi tərəfdaşıyıq. Porada-nın fəlsəfəsi keyfiyyətli material, incə əl işçiliyi və premium italyan mebel dizaynını bir araya gətirmək üzərində qurulub.

Porada kolleksiyasına daxil olan masalar, konsollar, vitrinlər, kreslolar, divanlar və aksessuarlar hər bir interyeri daha isti, eleqant və funksional edən, premium italyan mebel dizaynı estetikasını interyerə gətirən mebellərdir. Bakıda Porada-nın rəsmi nümayəndəsi olaraq, biz müştərilərimizə brendin ən yeni kolleksiyalarını, xüsusi ölçü imkanlarını və fərdi interyer layihələri üçün premium ağac mebel həllərini təqdim edirik.

Kataloqlara baxmaq üçün zəhmət olmasa formu doldurun